Türkiyənin "Yeni Malatyaspor" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Virusa yoluxan futbolçuların adları açıqlanmayıb və onlar karantinə alınıblar.
 
Qeyd edək ki, "Yeni Malatyaspor" bu mövsüm Super Liqada keçirdiyi 31 oyunda 33 xal toplayıb və 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest