Futbol üzrə İspaniya La Liqasında 30-cu turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
"Vilyarreal" evdə "Osasuna"ya, "Valyadolid" isə "Qranada"ya uduzub. Dörd qolun qeydə alındığı "Valensiya" – "Real Sosyedad" matçında qalib müəyyənləşməyib.
Lider "Atletiko" bu turda çətin "Betis" səfərinə yollanıb. Madrid təmsilçisi bu görüşdən xal itkisi ilə ayrılıb.
Turun son matçında "Sevilya" səfərdə "Selta"nın qonağı olacaq.
İspaniya La Liqası
30-cu tur
9 aprel
Hueska – Elçe 3:1
Qol: Mir, 3; 88-pen. Ramires, 30 – Vavro, 4-öz qapısına.
10 aprel
Xetafe – Kadis 0:1
Qol: Kopovi, 64-öz qapısına.
Atletik – Alaves 0:0
Eybar – Levante 0:1
Qol: De Frutos, 45+2.
Real – Barselona 2:1
Qol: Benzema, 13. Kroos, 28 – Minquesa, 60.
11 aprel
Vilyarreal – Osasuna 1:2
Qol: Qarsiya, 70 – Monkayola, 64. Budimir, 74.
Valensiya – Real Sosyedad 2:2
Qol: Vass, 60-pen. Paulista, 73 – Gevara, 33. İsak, 45.
Valyadolid – Qranada 1:2
Qol: Orelyana, 41-pen – Molina, 78. Kini, 86.
Betis – Atletiko 1:1
Qol: Tello, 20 – Karrasko, 5.
12 aprel
23:00 Selta – Sevilya