AFFA-nın təşkilatçılığı, Naxçıvan Futbol Federasiyasının dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında AFFA "C" kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
 
Matc.az xəbər verir ki, Uzunoba Təlim-Məşq İdman Kompleksinin inzibati binasında məşqçilik kursunu müvəfəqiyyətlə bitirən iştirakçılara "C" kateqoriyalı məşqçi lisenziyası və diplomlar təqdim edilib.
 
Xatırladaq ki, AFFA-nın dəstəyi, Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kursa ötən ilin sentyabr ayında start verilib və fasilələrlə 3 modul şəklində icra olunub. Kursa muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi qatılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest