Ulduz futbolçu Radamel Falkaoya ağır itki üz verib. Matç.az saytının məlumatına görə, "Monako"nun hücumçusunun atası vəfat edib.

Radamel Qarsiya Kinq vətənində tennis oynayarkən həyatını itirib. "Marca"da gedən xəbərdə həmçinin keçmiş futbolçu olan mərhumun ürək tutmasından vəfat etdiyi bildirilir.

Müdafiəçi mövqeyində çıxış etmiş Radamel Qarsiya Kinq bir neçə Cənubi Amerika klubları ilə yanaşı Kolumbiyanın gənclər millisində də oynayıb.

Qeyd edək ki, 2018-ci ilin avqustunda Falkaonun əmisi, aktyor Herbert Kinq də ürək tutmasından vəfat etmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest