Almaniyanın "Köln" klubunda baş məşqçi təyinatı gerçəkləşib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisinin "sükan"ı Fridhelm Funkelə tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Funkel mövsümün sonuna qədər "Köln"ü çalışdıracaq.
 
Funkel baş məşqçi postunda istefaya göndərilən Markus Qisdolu əvəzləyib. 67 yaşlı mütəxəssis daha əvvəl Almaniyada "Ayntraxt"da (Frankfurt) və "Herta"da baş məşqçilik edib.
 
"Köln" hazırda Bundesliqada 23 xalla 17-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest