Daha bir klub Topaz Premyer Liqasının 3-cü dövrəsinin hazırlıqlarına start verib. Matç.az saytının məlumatına görə, yanvarın 2-dən Antalyaya yollanmış "Sabah"ın ardınca "Sumqayıt" da "qış yuxusu"ndan ayılıb.

"Kimyaçılar" bu gün saat 15:00-da 2019-cu ildə ilk məşqinə çıxıb. "Dalğa Arena"nın köməkçi meydançasında baş tutan məşq prosesi təxminən 1 saat davam edib.

Qeyd edək ki, növbəti dövrəyə hazırlığın 1-ci mərhələsi yanvarın 11-dək davam edəcək. 2 günlük istirahətin ardınca isə komanda Türkiyənin Antalya şəhərinə yola düşəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest