"Liverpul" hücumçusu Dominik Solankeni satmağa hazırlaşır. Matç.az saytının məlumatına görə, İngiltərə gənclər millisinin forvardı "Bornmut"a keçməyə yaxındı.

Yerli mətbuatda gedən məlumatlarda artıq tərəflərin arasında razılıq əldə olunduğu bildirilib. Qarşı tərəf bu keçid üçün mersisaydlılara 19 milyon funt-sterlinq ödəyəcək.

2017-ci ildə "çelsi"dən pulsuz alınan hücumçu "Liverpul"un heyətində ümumilikdə meydana çıxdığı 21 Premyer Liqa matçında 1 qol vurub.

Qeyd edək ki, o, bu mövsüm heç bir oyunda forma geyinməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest