"Traktorsazi" heyətinə yeni oyunçu cəlb edib. Matç.az saytının məlumatına görə, Təbriz klubu məşhur futbolçu Kevin Konstantla anlaşıb.

Fransa doğumlu futbolçu ilə 2022-ci ilə kimi müqavilə imzalanıb.

Peşəkar karyerasına "Tuluza"da başlayan Konstant "Kyevo", "Cenoa", "Milan", "Trabzonspor" və "Bolonya" kimi klublarda çıxış edib.

Qeyd edək ki, 31 yaşlı futbolçu Qvineya millisində 27 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest