Fransanın "Sent-Etyen" klubunun sahibi dəyişə bilər.
 
Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
Xəbərdə, "Sent-Etyen"in hazırkı sahibləri – Bernard Kayaçço və Rolan Romeyenin klubu satışa çıxardığı diqqətə çatdırılıb. 
 
Kayaçço və Rolan 2004-cü ildən "Sent-Etyen"in sahibidir.
 
Komanda hazırda Liqa 1-də 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest