Bu gün keçirilən oyunlarla futzal üzrə Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub.
 
Matc.az xəbər verir ki, qitə birinciliyinin final mərhələsində iştirak edəcək 15 iştirakçının adı müəyyənləşib.
 
Belarus və Serbiya isə 14-17 noyabr tarixlərində pley-off oyunları keçirəcək. Qalib gələcək milli gücünü final mərhələsində sınayacaq.
 
Qrup qalibləri: Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya
 
İkinci yerin sahibləri: Finlandiya, Gürcüstan, Polşa, Slovakiya, Sloveniya, Ukrayna
 
Meydan sahibi: Niderland.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest