AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klubların hər birinə dəstək məqsədilə növbəti dəfə 15 000 manat maliyyə vəsaiti köçürülüb. Matc.az assosiasiyanın saytına istinadən xəbər verir ki, ödəniş koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunma prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədilə edilib.
 
8 klubun hər birinə 41 000 manat olmaqla, ümumilikdə 328 000 manat ödənilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest