"Hər şey qaydasındadır. Növbəti çempionat oyununa çıxacağıq". Matc.az xəbər verir ki, bunu  "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"yə qarşı keçirəcəkləri Premyer Liqanın XXIII tur matçından əvvəl deyib.
 
39 yaşlı mütəxəssis komandası üçün sıx qrafkin məhz "ağ-qaralar"a qarşı görüşlə başlayacağını bildirib: "Səfərdə oynayacağıq. "Neftçi" çempionluğa iddialı komandadır. öz meydanında xal itirməməyə çalışacaq. Biz də əlimizdən gələni edərək, qarşılaşmadan xal və ya xallarla ayrılmaq istəyirik".
 
Sadıqov "Neftçi"nin son iki ildə "Zirə"nin qapısına qol vura bilməməsinin komandasına əlavə üstünlük vermədiyini söyləyib: "Bunu birinci dəfədir ki, eşidirəm. Məsələni bilmirdim. Bu, bizə növbəti oyunla bağlı əlavə üstünlük vermir. Hər oyunun ayrı hökmü var. Biz növbəti matça hazırlaşırıq və 2-3 oyun qol buraxmamaq və qələbə qazanmaq tabloda əlavə üstünlük vermir. Oyunu ciddiyə alırıq. Bilirik ki, "Neftçi" də çox istəklidir, çox yaxşı formadadır və çempionluq üçün mübarizə aparırlar. Xal itirmək onların planlarına daxil deyil. Bizi necə oyun gözlədiyini anlayırıq. Əlimizdən gələni edəcəyik ki, rəqibə layiqli mübarizə göstərək" (report.az).
 
Baş məşqçi "Zirə"nin son 5 turda 1 qol vurmasına da toxunub: "Düzü, bu statistikaya da fikir verməmişəm. Biz hər oyuna yaxşı hazırlaşırıq və növbəti oyunlar üçün qarşımıza məqsəd qoyuruq. çempionat da o qədər ağır və çətin keçir ki, qazanılan hər xalın dəyəri var. Hazırkı çempionatda qazanılan hər xal önəmlidir. Nə qədər qol vurmağın və qol buraxmağın ikinci plana keçir. çünki rəqiblər də ciddi komandalardır, hamısı sənə müqavimət göstərir və qələbə qazanmaq istəyirlər. Turnir cədvəlində üçüncü yer uğrunda mübarizə aparan komandalar bir-birilərinə yaxındırlar və mübarizə aparırlar. çempionatımızda qol vurmaq və qələbə qazanmaq müşkülə çevrilib. Ən əsası odur ki, son turlarda oyunumuzu yaxşılaşdıra bilmişik və qarşıdakı oyunlarda qollar və qələbələr gələcək".
 
Qeyd edək ki, aprelin 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Zirə" oyunu saat 20:15-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest