"Çünki bizə xeyir verə biləcək səviyyədə deyil. Əvəzedici heyətdə olan uşaqlar ondan daha effektlidir. Alvesdə hansısa keyfiyyətləri görmürüksə, onu meydana buraxıb kiməsə göstərmək fikrində deyilik"

"Neftçi" cari mövsümün sonunda futbolçusu Rener Alveslə yollarını ayıracaq. Matc.az xəbər verir ki, bu barədə "Neftçi"nin baş məşqçisi Samir Abasov klub televiziyasında yayımlanan "Neftçi" mediada" verilişində azarkeşlərin suallarını cavablandırarkən deyib.
 
43 yaşlı mütəxəssis mütəxəssis bildirib ki, braziliyalı futbolçuya şans vermək yox, ondan uzaqlaşmaq lazımdır: "çünki bizə xeyir verə biləcək səviyyədə deyil. Əvəzedici heyətdə olan uşaqlar ondan daha effektlidir. Alvesdə hansısa keyfiyyətləri görmürüksə, onu meydana buraxıb kiməsə göstərmək fikrində deyilik".
 
Qeyd edək ki, Rener Alves "Neftçi"yə ötən yay keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest