İngiltərənin "Arsenal" klubunun futbolçusu Pyer-Emerik Obameyanq xəstəxanalıq olub.
 
Matc.az xəbər verir ki, qabonlu hücumçu malyariya xəstəliyinə yoluxub.
 
Bu barədə o, "instagram" hesabında məlumat yayıb. Hücumçu xəstəliyə Qabon yığmasının düşərgəsində olarkən yoluxduğunu bildirib.
 
Obameyanq bu mövsüm "Arsenal"la 33 oyunda 14 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest