"Qarabağ" Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində qarşılaşdığı "Səbail"lə səfər oyununda iki ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, oyunun əvvəlində Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç zədələnib.
 
Xorvatiyalı futbolçu oyunu davam etdirə bilmədiyinə görə 13-cü dəqiqədə Uroş Matiçlə əvəzlənib.
 
Bundan bir qədər sonra komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev daha ağır zədə alıb. Millimizin də üzvü olan qolkiper rəqib hücumçu Amil Yunanovla toqquşub. Forvardın ayağı Məhəmmədəliyevin başına dəyib. Nəticədə başı yarılan qapıçı görüşə davam edə bilməyib. Huşunu itirən futbolçuya həkimlər ilkin yardım göstəriblər. O, meydanı özü tərk etsə də, məşqçilər korpusu tərəfindən əvəzlənib. Onun əvəzində 30-cu dəqiqədə Emil Balayev meydana buraxılıb. Əsəblərini cilovlaya bilməyən Məhəmmədəliyev də birbaşa paltardəyişmə otağına yollanıb.
 
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest