"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Futbolinfo.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Hər iki komanda meydanda sona kimi mübarizə apardı. Rəqibin də, bizim də qol imkanlarımız var idi. Məncə, hesab oyuna görə oldu. Komandamın oyunundan razı qaldım. Uşaqlar yaxşı mübarizə apardılar. çatışmayan yeganə şey qol oldu. Ancaq futbolçularımın meydandakı əzmkarlığı, istəyi məni sevindirdi". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest