Futbol üzrə Türkiyə Super Liqasında 35-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü daha dörd görüş baş tutub. 
 
Beş qolun qeydə alındığı "Dənizlispor" – "Ərzurumspor" matçında qonaqlar qələbəni bayram edən tərəf olub. "Alanyaspor" səfərdə "Yeni Malatyaspor"a minimal hesabla uduzub. "Trabzonspor" da "Hatayspor"la ev oyunundan xal itkisi ilə ayrılıb. 
 
"Qalatasaray" isə İzmir səfərində "Göztəpə" üzərində inamlı qələbəyə sevinib.
 
Türkiyə Super Liqası
35-ci tur
16 aprel
 
Gənclərbirliyi – Sivasspor 2:3
Qol: Angelo, 25. Yohansson, 37 – Feliks, 78. Kayode, 83. Polomat, 90+3-öz qapısına.
 
Konyaspor – Kayserispor 0:0
 
Antalyaspor – Rizəspor 2:3
Qol: V.Sarı, Naldo, 88 – İ.Köybaşı, 3. Boldrin, 6. Sabo, 65.
 
Beşiktaş – Ankaragücü 2:2
Qol: Kuluşiç, 45+4-öz qapısına; 52-öz qapısına – Peyntsil, 65; 90+3.
 
17 aprel
 
Dənizlispor – Ərzurumspor 2:3
Qol: Rodalleqa, 46; 64 – Bassan, 2. Raşani, 79; 86.
 
Trabzonspor – Hatayspor 1:1
Qol: Djanini, 22 – Bupendza, 90+5.
 
Yeni Malatyaspor – Alanyaspor 1:0
Qol: Hadebe, 64.
 
Göztəpə – Qalatasaray 1:3
Qol: Diabete, 9 – K.Aktürkoğlu, 19; 39; 64.
 
18 aprel
 
17:00 Qaziantep – Kasımpaşa
20:00 Başakşəhər – Fənərbaxça

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest