Futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Axmat"la qarşılaşıb. Əliyevin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:3.
 
Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.
 
24 turdan sonra 38 xalı olan "Ximki" 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest