Futbol üzrə Gürcüstan çempionatında 9-cu turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi "Telavi" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Şukura" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
Vüqar bu görüşün iştirakçısı olmayıb. 27 yaşlı futbolçu bu dəfə sonadək ehtiyatda qalıb.
 
Qeyd edək ki, "Telavi" cari mövsümdə keçirdiyi 9 oyunda cəmi 6 xal toplayıb və 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest