"Bavariya"nın baş məşqçisi Hansi Flik mövsümün sonunda komandanı tərk etmək istəyir.
 
Matc.az xəbər verir ki, bu barədə alman mütəxəssis Bundesliqanın 29-cu turunun "Volfsburq"la matçından (3:2) sonra "Sky Deutschland" nəşrinə açıqlamasında deyib.
 
Flik, klub rəhbərliyinə mövsümün sonunda müqaviləsinin ləğv olunmasını istədiyini bildirib.
 
Almaniya mətbuatının xəbərinə görə, Flikin klubun idman direktoru Hasan Salihamiciçlə arasında problem var və o, bu səbəbdən komandadan ayrılmaq istəyir.
 
Flikin rəhbərlik etdiyi "Bavariya" hazırda Bundesliqada 68 xalla liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest