Futbol üzrə Moldova kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi "Dinamo-Avto" da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Kodru" ilə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtın 120-ci dəqiqəsində daha bir qol vuran futbolçumuzun komandası 2:1 qalib gəlməklə yarımfinala vəsiqə qazanıb.
 
Orxan bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə "Ventspils" klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu "Dinamo-Avto"ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında "Dinamo-Avto"da çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest