Futbol üzrə Misir milli komandasının yeni kapitanı məlum olub.
 
Matc.az xəbər verir ki, yığmanın yeni kapitanı "Liverpul"un hücumçusu Məhəmməd Salah seçilib.
 
Bu barədə Misir millisinin baş məşqçisi Hossam Əl-Bədri "Arab News" nəşrinə açıqlamasında deyib.
 
Misir yığmasında bundan əvvəl kapitanlıq sarğısını komandanın ən yaşlı futbolçusu daşıyırdı. Salahdan əvvəl kapitan 32 yaşlı Amr əl-Sulayya idi.
 
Salah Misir yığmasında 69 oyunda 43 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest