Bu gün futbol üzrə Azərbaycan I Divizionunda XVIII turdan təxirə salınmış bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, günün yeganə matçında "Sabah" və "Neftçi"nin əvəzedici komandaları üz-üzə gəlib.
 
Binə qəsəbə stadionunda baş tutan görüşün taleyini iki cavabsız qol həll edib. "Neftçi"nin ikinci komandası bu oyundan qalib ayrılıb.
 
Bu qələbədən sonra "Neftçi"nin əvəzediciləri 52 xalla zirvədə qərarlaşıb. Bu komandanı 49 xala malik "Zaqatala" və 46 xallıq "Turan Tovuz" izləyir.
 
I Divizion
XVIII turun oyunu
20 aprel
 
Sabah-2 – Neftçi-2 0:2
Qol: Vüsal Əsgərov, 32. Famil Camalov, 74.
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Namiq Bəkirov.
Binə qəsəbə stadionu, 15:30.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest