Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
 
"çelsi" doğma meydanda "Brayton"un müqavimətini qırmağa çalışıb. Lakin tərəflər bu oyundan qolsuz ayrılıblar.
 
Bu tur keçirilməli olan "Sauthempton" – "Kristal Pelas", "Aston Villa" – "Mançester Siti", "Lester Siti" – "Vest Bromviç" matçları təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
32-ci tur
16 aprel
 
Everton – Tottenhem 2:2
Qol: Siqurdsson, 31; 62 – Keyn, 27; 69.
 
17 aprel
 
Nyukasl – Vest Hem 3:2
Qol: Diop, 36-öz qapısına. Joelinton, 41. Uillok, 82 – Diop, 73. Linqard, 80.
 
Vulverhempton – Şeffild Yunayted 1:0
Qol: V.Xose, 60.
 
18 aprel
 
Arsenal – Fulhem 1:1
Qol: Nketia, 90+7 – Maya, 59.
 
Mançester Yunayted – Bernli 3:1
Qol: Qrinvud, 48; 84. Kavani, 90+3 – Tarkovski, 50.
 
19 aprel
 
Lids – Liverpul 1:1
Qol: Lyorente, 87 – Mane, 31.
 
20 aprel
 
çelsi – Brayton 0:0
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest