Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Matc.az xəbər verir ki, yarımfinalın ilk görüşləri eyni gündə baş tutub.

Əvvəlcə "Keşlə" doğma meydanda "Zirə" ilə münasibətlərinə aydınlıq gətirib. Bu komandalar ilk dəfə ölkə kubokunda üz-üzə gəliblər. "Zirə" səfər matçından əzmkar qələbə ilə ayrılıb.

Digər yarımfinal görüşü "Sumqayıt"la "Qarabağ" arasında baş tutub. Bu komandalar indiyə qədər Azərbaycan kubokunda dörd dəfə üz-üzə gəliblər və üçündə Ağdam klubu mərhələ adlayan tərəf olub. Yalnız 2017/18 mövsümünün 1/4 finalında Sumqayıt təmsilçisi rəqibini mübarizədən kənarlaşdırmağı bacarıb. Bu dəfə isə sözügedən komandaların ilk matçında qapılara qol vurulmayıb.

Yarımfinalın cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın ilk oyunları

21 aprel

"Keşlə" – "Zirə" 1:2
Qol: S.Tounkara, 45+2 – R.Bonqonqui, 57. N.Andelkoviç, 62.
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli.
Bakı. "ASK Arena", 18:30.

Keşlə: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 91. Sadio Tounkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 11. Silvio Rodriqes, 29. Yevgeni Koçuk, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 64. Kənan Cəfərov.
Baş məşqçi: Sənan Qurbanov.

Zirə: 1. Mateus Albino, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Rəşad Sadıqov.

"Sumqayıt" – "Qarabağ" 0:0
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov.
Sumqayıt. "Kapital Bank Arena", 20:30.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 97. Xəyal Nəcəfov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 9. Əli Qurbani, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 85. Rüstəm Hümbətov.
Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest