Futbol üzrə İspaniya La Liqasında 31-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
 
"Sevilya" səfərdə "Levante"ni minimal hesabla üstələyib. "Valensiya" isə "Osasuna" ilə səfər matçından məğlubiyyətlə ayrılıb. "Vilyarreal" da "Alaves"lə səfər matçında xalsız qalıb.
 
"Betis" – "Atletik" və "Elçe" – "Valyadolid" matçlarında qalib müəyyənləşməyib. Madrid "Real"ı isə səfərdə "Kadis"i böyük hesabla məğlub edib.
 
İspaniya La Liqası
31-ci tur
21 aprel
 
Levante – Sevilya 0:1
Qol: En Nesiri, 53.
 
Osasuna – Valensiya 3:1
Qol: Martines, 13. Kalyeri, 32. Torres, 67 – Qameyro, 30.
 
Betis – Atletik 0:0
 
Alaves – Vilyarreal 2:1
Qol: Xoselu, 17. Mendes, 80 – Alkaser, 50.
 
Elçe – Valyadolid 1:1
Qol: Fidel, 22 – Olasa, 86.
 
Kadis – Real 0:3
Qol: Benzema, 30; 40. Odriosola, 33.
 
22 aprel
 
21:00 Atletiko – Hueska
23:00 Qranada – Eybar
23:00 Real Sosyedad – Selta
00:00 Barselona – Xetafe
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest