Avropa Klublar Birliyinin (ECA) yeni prezidenti müəyyənləşib.
 
Matc.az xəbər verir ki, sözügedən quruma bundan sonra Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xelaifi rəhbərlik edəcək.
 
Bu barədə ECA-nın mətbuat xidməti məlumat yayıb. Nasser Əl-Xelaifi bu vəzifədə bir neçə gün öncə istefa vermiş İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyellini əvəzləyib. Turin klubunun rəhbəri Avropa Super Liqası ilə bağlı istefa vermişdi.
 
Qeyd edək ki, Nasser Əl-Xelaifi 2011-ci ildən PSJ-yə rəhbərlik edir. O, həm də UEFA-nın direktorlar şurasının üzvüdür. Qətərdən olan biznesmen, həm də "beIN Media Group"un baş icraçı direktorudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest