"Bordo"nun mərkəz müdafiəçisi Jan-Kler Todibo karyerasını "Barselona"da davam etdirəcək. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 19 yaşlı futbolçu mövsümün sonunda Kataloniya klubuna qoşulacaq.

Fransa klubu ilə müqavilə müddəti mövsümün sonuna qədər olan ucaboy futbolçu yayda ispanlara azad agent kimi keçəcək. Todibo Kataloniya klubu ilə 4 illik müqavilə imzalayacaq. Ancaq mövsümöncəsi təlim-məşq toplanışından sonra "Barsa" onu icarəyə verməyi planlaşdırır.

Qeyd edək ki, "Barselona" cari mövsümün əvvəlində "Bordo"dan yarımmüdafiəçi Malkomu transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest