Futbol üzrə Gürcüstan kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Bəybalayevin formasını geyindiyi "Telavi" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Samqurali"nin ikinci komandası ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun "Telavi"nin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.
 
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest