İspaniyanın "Real" klubu futbolçusu Luka Modriçin müqaviləsini yeniləyib.
 
Matc.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2022-ci ilin yayına qədər uzadılıb.
 
Bu barədə "Real"ın prezidenti Florentino Peres yerli mətbuata açıqlamasında deyib.
 
Modriç 2022-ci ilin yayına qədər "Real"da çıxış edəcək. 35 yaşlı yarımmüdafiəçi bu mövsüm 41 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest