İspaniyanın "Real" klubunun futbolçusu Kərim Benzema "Yuventus"da çıxış edən keçmiş komanda yoldaşı Kristiano Ronaldonun rekordunu qırıb.
 
Matc.az xəbər verir ki, 33 yaşlı hücumçu buna La Liqanın 31-ci turunda "Kadis"i 3:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.
 
Bu görüşdə dubl edən fransalı forvard ikinci qolda Alvaro Odriosolaya məhsuldar ötürmə verib. Beləliklə, Benzema La Liqadakı məhsuldar ötürmə sayını 88-ə çatdırıb və keçmiş komanda yoldaşı Ronaldonu (87 məhsuldar ötürmə) geridə qayub.
 
Bu, həmçinin Madrid klubunun 21-ci əsrdəki ən yaxşı göstəricisidir.
 
Qeyd edək ki, Kərim Benzema "Real"ın formasını 2009-cu ildən geyinir. Fransalı futbolçu Madrid təmsilçisində indiyə qədər 551 oyuna çıxıb, 276 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest