Almaniyanın 1-ci və 2-ci Bundesliqasında çıxış edən klublar Aç-2020-dən əvvəl mövsümü bitirmək üçün karantinə gedəcəklər.
 
Matc.az xəbər verir ki, bu barədə Almaniya Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə, komandaların mövsümü vaxtında tamamlamaq üçün karantinə alınacaqları bildirilib.
 
Hər iki Bundesliqada son 3 turun oyunları sərt karantin tədbirləri altında keçiriləcək. Belə ki, mayın 3-dən futbolçular və məşqçi heyəti yalnız evdə, məşq bazasında və stadionlarda olacaqlar. Onlar koronavirus testindən keçdikdən sonra mayın 12-də karantin düşərgəsinə yollanacaqlar. Orada futbolçu və məşqçilərin yalnız bir-birləri ilə ünsiyyətdə olmasına icazə veriləcək. Karantin müddəti turun son oyun gününə qədər – mayın 22-23-nə qədər məcburidir.
 
Hazırda Bundesliqada 30 tur keçirilib. çempionatın lideri 71 xalla "Bavariya"dır. 2-ci Bundesliqada isə "Bohum" 30 turdan sonra 60 xalla zirvədədir.
 
Koronavirus pandemiyasına görə təxirə salınmış Aç-2020-yə Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest