"Tottenhem" İngiltərə Premyer Liqasının 29-cu turundan təxirə salınmış oyunda "Sauthempton"u məğlub edib.
 
Matc.az xəbər verir ki, 2:1 hesabıyla bitən qarşılaşma London komandasının baş məşqçis Rayan Meyson üçün rekordla əlamətdar olub.
 
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Belə ki, 29 yaşlı mütəxəssis Premyer Liqa tarixinin ən gənc baş məşqçisi adını qazanıb.
 
Meyson "Tottenhem"də baş məşqçi postundan qovulan Joze Mourinyonu əvəzləyib. İngilis mütəxəssis mövsümün sonuna qədər London komandasını çalışdıracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest