Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turdan təxirə salınmış daha bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, "Lester Siti" doğma meydanda "Vest Bromviç"lə üz-üzə gəlib.
 
Meydan sahibləri bu oyunda 3 cavabsız qola seviniblər. "Lester Siti" bu qələbə sayəsində 59 xalla 3-cü pillədə qərarlaşıb. "Vest Bromviç" isə 24 xalla 20 kollektiv arasında 19-cudur.
 
İngiltərə Premyer Liqası
32-ci turun oyunu
22 aprel
 
Lester Siti – Vest Bromviç 3:0
Qol: Vardi, 23. Evans, 26. İheanaço, 36.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest