Portuqaliya millisinin müdafiəçisi Pepe ölkəsinə qayıdır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 35 yaşlı futbolçu "Porto"ya dönməyə hazırlaşır.

"Real"ın sabiq üzvü ilə danışıqlar artıq müsbət nəticələnib və ilkin razılıq əldə olunub. ötən ay "Beşiktaş"la yollarını ayıran Pepe "Porto"ya azad agent kimi keçəcək.

Qeyd edək ki, 2004-2007-ci illərdə "Porto"nun formasını geyinmiş Pepe 30 milyon avroya "Real"a transfer olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest