İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi yeni rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, argentinalı futbolçu buna İspaniya La Liqasının 31-ci turu çərçivəsində "Xetafe"yə 5:2 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
 
34 yaşlı futbolçu bu görüşdə dubla imza atıb. Bununla da o, braziliyalı əfsanəvi hücumçu Pelenin rekordunu qırıb. Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytı məlumat  yayıb. Messi La Liqada 469-cu qolunu vurub və bir çempionatda ən çox fərqlənən oyunçuya çevrilib. Bundan əvvəl Pele 1957-1974-cü illərdə Braziliya çempionatında "Santos"un heyətində 468 qola imza atıb.
 
Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında oynayır. O, daha əvvəl ümumi qol sayında da Pelenin rekordunu geridə qoyub. Ulduz futbolçu indiyə qədərə Kataloniya təmsilçisinin heyətində çıxdığı 772 oyunda 667 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest