Niderlandın "Ayaks" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Amsterdam təmsilçisi "Vitess"dən Remko Pasveri transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı qapıçı yayda "Ayaks"a azad agent kimi qoşulacaq. Pasverlə müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
 
Qapıçı daha əvvəl Niderlandda "Tvente", "Herakles" və PSV kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest