Futbol üzrə Asiya çempionlar Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da növbəti oyununa çıxıb.
 
Təbriz klubu İraqı təmsil edən "Əl-Kuvə" ilə qarşılaşıb. ötən tur bu rəqibi ilə qolsuz heç-heçəyə razılaşan "traktorçular", bu dəfə 1:0 hesablı qələbəyə seviniblər.
 
Xatırladaq ki, "Traktor" bundan əvvəlki hər üç matçında heç-heçə oynamışdı. İlk qələbədən sonra təbrizlilər 6 xalla B qrupunda 2-ci pillədə qərarlaşıblar. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şərcə" klubu isə 8 xalla liderdir. özbəkistan "Paxtakor"u 3 xalla üçüncü, "Əl-Kuvə" 2 xalla sonuncudur.
 
"Traktor" növbəti matçını aprelin 26-da "Paxtakor"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest