Avropa Super Liqası layihəsindən çıxan klublar təzminat ödəməli olacaq.
 
Matc.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" nəşri məlumat yayıb. Avropa Super Liqası layihəsini imzalayan klublar 23 il bu turnirdə iştirak etməlidirlər.
 
Bir klub layihəni tərk etmək istəyirsə, 150 milyon avro təzminat ödəməlidir. Bundan başqa, turnirdə 3 il iştirak etdikdən sonra çıxmaq istəyənlər bu məbləğdən başqa, turnirin axırıncı mövsümündə qazandığı gəlirin 25 faizini də geri qaytarmalıdır.
 
Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "çelsi", "Arsenal", İspaniyanın "Barselona", "Atletiko", "Real", İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları iştirak edəcəkdi.
 
Futbol ictimaiyyətinin narazılığından və UEFA-nın təzyiqlərindən sonra İspaniyanın "Real" və "Barselona" klubundan başqa, digər bütün iştirakçılar Avropa Super Liqası layihəsindən çıxdıqlarını açıqlayıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest