Türkiyənin "Başakşəhər" klubu futbolçusu Demba Ba ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
35 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
Demba Ba 2019-cu ilin yanvarından "Başakşəhər"də çıxış edirdi. Seneqallı futbolçu İstanbul komandası ilə 82 oyunda 26 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest