Superliqada işləri qaydasında getməyən "Fənərbaxça" heyətində dəyişikliklər edir. Matç.az saytının məlumatına görə, "sarı bülbüllər" Ozan Tufanla yollarını ayırıb.

Türkiyə millisinin keçmiş üzvü "Alanyaspor"a yollanıb. Ozan yeni komandasında icarə əsasında forma geyinəcək.

Anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ozan "Fənərbaxça"da 2015-ci ildən forma geyinir. O, Türkiyə yığmasında 30-dan çox oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest