Futbol üzrə Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
Lider "Bavariya" bu turda "Maynts"ın qonağı olub və məğlubiyyətlə üzləşib. "Ayntraxt" da "Bayer"lə səfər qarşılaşmasından xalsız dönüb. 
 
çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan Dortmund "Borussiya"sı isə bu turda çətin "Volfsburq" səfərinə yollanıb və inamlı qələbəyə sevinib.
 
Bu tur keçirilməli olan "Şalke" – "Herta" matçı təxirə salınıb.
 
Almaniya Bundesliqası
31-ci tur
23 aprel
 
Auqsburq – Köln 2:3
Qol: Qumni, 54. Varqas, 62 – Duda, 8; 33. Kaynts, 23.
 
24 aprel
 
Frayburq – Hoffenhaym 1:1
Qol: Qrifo, 81 – Kramariç, 40.
 
Maynts – Bavariya 2:1
Qol: Burkardt, 3. Kayson, 37 – Levandovski, 90+4.
 
Union Berlin – Verder 3:1
Qol: Pohjanpalo, 50; 53; 67 – Selassie, 82.
 
Volfsburq – Borussiya (Dortmund) 0:2
Qol: Haland, 12; 68.
 
Bayer – Ayntraxt 3:1
Qol: Beyli, 70. Alario, 80. Demirbay, 90+1 – A.Silva, 90+1.
 
25 aprel
 
17:30. Leypsiq - Ştutqart
20:00. Borussiya (Mönhenqladbax) - Arminiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest