Futbol üzrə Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi "Minay" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Dnepr"lə qarşılaşıb. "Minay" bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
 
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Onlar start heyətdə meydana çıxıblar və sonadək mübarizə aparıblar. Nuriyev 62-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Minay" 23 turdan sonra 18 xalla 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest