Futbol üzrə Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, şənbə günü daha beş görüş baş tutub. 
 
"Konyaspor" – "Hatayspor" və "Dənizlispor" – "Sivasspor" matçlarında qalib müəyyənləşməyib.
 
"Qalatasaray" səfərdə "Antalyaspor"u minimal hesabla üstələyib. "Trabzonspor" da "Fatih Karagümrük"lə ev oyununda inamlı qələbəyə sevinib.
 
Lider "Beşiktaş"ın bu turdakı rəqibi "Kayserispor" olub. İstanbul təmsilçisi bu oyundan da qalib ayrılıb.
 
Türkiyə Super Liqası
37-ci tur
23 aprel
 
Gənclərbirliyi – Rizəspor 2:1
Qol: Yohansson, 45. Sio, 63 – Samudio, 74.
 
24 aprel
 
Konyaspor – Hatayspor 0:0
 
Trabzonspor – Fatih Karagümrük 2:0
Qol: Djanini, 15; 65.
 
Antalyaspor – Qalatasaray 0:1
Qol: M.Məhəmməd, 77.
 
Beşiktaş – Kayserispor 3:1
Qol: Gezzal, 4. Nkudu, 13; 65 – P.Enrike, 6.
 
Dənizlispor – Sivasspor 1:1
Qol: Diskerund, 59 – Kayode, 32.
 
25 aprel
 
14:30. Yeni Malatyaspor – Ankaragücü
17:00. Başakşəhər – Alanyaspor
17:00. Qaziantep – Ərzurumspor
21:30. Fənərbaxça – Kasımpaşa

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest