Futbol üzrə İspaniya La Liqasında 32-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
Turun açılış matçında "Elçe" doğma meydanda "Levante"ni qəbul edib və minimal hesabla üstün olub. "Valensiya" "Alaves"i, "Valyadolid" isə "Kadis"i sınağa çəkib. Bu iki oyunda komandalar hərəyə 1 xal və 1 qolla kifayətləniblər. "Real"ın bu turdakı rəqibi "Betis" olub. Madrid təmsilçisi doğma meydanda xal itkisi ilə üzləşib.
 
İspaniya La Liqası
32-ci tur
24 aprel
 
Elçe – Levante 1:0
Qol: Boye, 32.
 
Valyadolid – Kadis 1:1
Qol: Plano, 14 – Kala, 64.
 
Valensiya – Alaves 1:1
Qol: Qaya, 89 – Quidetti, 84.
 
Real – Betis 0:0
 
25 aprel
 
16:00 Hueska – Xetafe
18:15 Vilyarreal – Barselona
20:30 Selta – Osasuna
20:30 Sevilya – Qranada
23:00 Atletik – Atletiko
 
26 aprel
 
23:00 Eybar – Real Sosyedad

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest