Yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq daha bir klub bəlli olub.
 
Matc.az xəbər verir ki, "Norviç"dən sonra "Uotford" komandası da elitaya vəsiqə qazanıb.
 
çempionşipin 44-cü turunda "Milluoll"u 1:0 hesabıyla məğlub edən "Uotford" sona iki tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.
 
çempionşipdə lider olan "Norviç" və "Uotford" yeni mövsümdə Premyer Liqada çıxış edəcək. Elitaya yüksələn 3-cü klubun adına pley-off matçlarından sonra aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest