İtaliyanın "Kalyari" klubunun futbolçusu Qaston Pereyroda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Koronavirus testi müsbət çıxan uruqvaylı yarımmüdafiəçi A Seriyasının 33-cü turunun "Roma" ilə matçını buraxacaq.
 
Bu gün keçiriləcək "Kalyari" – "Roma" matçı saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest