İngiltərənin "Mançester Yunayted" klubu müdafiəçisi Erik Bayi ilə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Fil Dişi Sahilindən olan mərkəz müdafiəçisi ilə yeni müqavilənin müddəti 2024-cü ilin yayına qədərdir. Əvvəlki müqavilənin müddəti 2022-ci ilin yayında bitəcəkdi.
 
Qeyd edək ki, 27 yaşlı oyunçu bu mövsüm "Mançester Yunayted"in heyətində 15 matçda meydana çıxıb və bir məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest