Almaniyanın "Auqsburq" komandasının baş məşqçisi Hayko Herrlix istefaya göndərilib.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Son dörd oyunda cəmi bir xal toplayan "Auqsburq", aprelin 23-də doğma meydanda autsayder "Köln"ə 2:3 hesabıyla uduzub. Auqsburqlular hazırda 33 xalla 13-cü pillədə qərarlaşıb. Bu üzdən də klub rəhbərliyi Herrlixi istefaya göndərməyə qərar verib. 
 
Artıq komandanın yeni baş məşqçisi də məlumdur. "Auqsburq"u bundan sonra Markus Vayntsirl əvəzləyib. Onunla 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.
 
Qeyd edək ki, Vayntsirl "Auqsburq" üçün tanış məşqçidir. O, 2012-2016-cı illərdə də bu komandaya rəhbərlik edib, "Auqsburq"u Avropa Liqasına çıxarıb. 46 yaşlı alman mütəxəssis 2016/2017 mövsümündə "Şalke"ni, 2018-2019-cu illərdə isə "Ştutqart"ı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest