Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan çempionlar Liqasının yarımfinal mərhələsinin "çelsi" ilə ilk oyunu barədə fikirlərini açıqlayıb. Matc.az xəbər verir ki, fransız mütəxəssis bildirib ki, komandasının məqsədi başladığı işi sona çatdırmaqdı.  

"Mövsümün ən çətin oyunudur. çempionlar Liqası xüsusi bir yarışdır. İndiyə qədər bir sıra vacib oyunlar keçirmişik. Başladığımız işi başa çatdırmaq istəyirik, əsas məqsədimiz budur. Ayıq olmalı, müdafiədə yaxşı oynayıb, şansımızı hücumda axtarmağa çalışmalıyıq. "çelsi"nin problem yaşaması üçün əlimizdən gələni etməliyik" – deyə, Zidan vurğulayıb.

Rəqib haqda danışan Zidan "çelsi"nin çempionlar Liqasında yaxşı nəticə göstərdiyini qeyd edib: "London klubu da "Real" kimi yarımfinalda oynamağa layiqdir. çətin, fərqli bir qarşılaşma olacaq. Mövsümün bitməsinə bir ay qalıb və sona qədər mübarizə aparacağıq. Düzdü, problemlərimiz var, amma bütün komandalar eyni durumla üzləşir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest